azerbaycan-ve-cin-olkede-musterek-aqrar-senaye-parki-yaradir

Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır

Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır.

İnsider.az xəbər verir ki, bununla bağlı bu gün Bakıda Azərbaycan İnvestisiya şirkəti ilə Çinin CAMCE şirkəti arasında anlaşma memorandumu imzalanacaq.

Qeyd edilib ki,  hazırda Aqrar-sənaye parkın yaradılması ilə bağlı işlər layihə mərhələsindədir.

Qeyd edək ki, Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard ABŞ dolları, Çindən isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.

Azərbaycan Çinin Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 mlrd ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.

©Report