azerbaycan-ve-turkiye-vekilleri-trampa-birge-muraciet-unvanladi

Azərbaycan və Türkiyə vəkilləri Trampa birgə müraciət ünvanladı

Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyədə fəaliyyət göstərən vəkil-hüquqşünaslara müraciət edib. 

İnsider.az xəbər verir ki, müraciətdə A. Bağırov onları qondarma “erməni soyqırımı” ilə bağlı yaradılan petisiyaya qoşulmağa çağırıb. 

“Azərbaycan və Türkiyə vəkillərini və hüquqşünaslarını son günlər ABŞ-da saxta “erməni soyqırımı” ilə bağlı qəbul olunmuş qərara  və qondarma “DQR” təmsilçilərinə ABŞ-a viza verilməsinə və Konqresdə görüşlərinə etiraz olaraq ABŞ Prezidentinə və Konqresinə ünvanlammış müraciətə (petisayaya) qoşulmağa çağırıram!”, - deyə sədr qeyd edib.

Oxu.az