azerbaycan-xalca-muzeyine-milli-statusu-verilib

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib

Nazirlər Kabineti Azərbaycan Xalça Muzeyinə “Milli” statusunun verilməsi haqqında qərarı təsdiq edib.

İnsider.az xəbər verir ki, qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

"Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilsin. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin", - deyə sənəddə qeyd olunub.