"Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan isə orada Azərbaycan bayrağının dalğalandırılmasının əsassız olduğunu iddia edir".
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb.
O xatırladıb ki, iyunun 15-də Həkəri körpüsündə Azərbaycan bayrağı öz suveren ərazisində dalğalanarkən Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına atəş açılıb.
Report