azerbaycan-xususi-teyinatli-quvvelerinin-yaranma-gunudur

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranma günüdür

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür.

XTQ-nin yaradılmasından 25 il ötür.

XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.

29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda XTQ-yə Hikmət Mirzəyev rəhbərlik edib.

Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u “Maroon beret” sertifikatı qazanır. Yeniyetmələrə günlərlə ac və susuz qalsalar da, həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar.

2016-cı ilin aprelində baş vermiş döyüşlərdə XTQ-nin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il iyunun 20-də yeni xüsusi təyinatlı birlik yaradılıb. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan XTQ-nin bölmələri də iştirak edib.

Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab olunur.

II Qarabağ - Vətən müharibəsi zamanı XTQ-nin şəxsi heyəti bir sıra əraziləri işğaldan azad edib. Noyabrın 8-də Prezident İlham Əliyev Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Ümumiyyətlə, müharibədəki taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib.

XTQ-nin 36 hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.