Cari ilin yanvar-iyul aylarında Azərbaycana Yaxın Şərqdən gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6% azalaraq 205 min olub.
İnsider.az bu barədə Dövlət Turizm Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.
2019-cu ilin iyul ayında 2018-ci ilin iyul ayına nisbətdə Yaxın Şərq ölkələrindən gələnlərin sayı 7 min və ya 10% azalaraq 60 minə düşüb.
İraq, BƏƏ, Oman və Küveyt kimi Yaxın Şərqin digər ölkələrində azalma müşahidə olunub.
İrandan gələnlərin sayı 23% azalaraq 127 min təşkil edib.