azerbaycana-gelen-turistlerin-sayi-artib

Azərbaycana gələn turistlərin sayı artıb

“Bu ilin  yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 turist gəlib”.

Bunu açıqlamasında Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva deyib.

O bildirib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur:

“Avqust ayında 200 min 138 nəfər səyahət edib. Bu da keçən ilin analoji dövrünə nisbətən 16 faiz artım deməkdir”.

“Avqustda ən çox Rusiya (51 019), Türkiyə (30 211), İran (15 038), Səudiyyə Ərəbistanı (14 173) və Hindistandan (10 248) turistlər ölkəmizə səfər edib”, - deyə o əlavə edib.

Oxu.Az