azerbaycana-qayitmaq-isteyenler-nece-qeydiyyata-alinib-resmi

Azərbaycana qayıtmaq istəyənlər necə qeydiyyata alınıb? - RƏSMİ

“İndiyə qədər digər ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların qeydiyyatı aparılıb və siyahısı hazırlanıb”.

İnsider.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Rusiya ilə bağlı ayrıca portalın yaradılmasının səbəbi isə orada olan  vətəndaşların sayının çox olmasıdır:

“Digər ölkələrə münasibətdə bu portalın gendişləndirilməsinə baxıla bilər. Başqa ölkələrdə olan vətəndaşlarımız barədə vəziyyət məlumdur. Onlar barədə məlumat dipomatik nümayəndəliklərdən Xarici İşlər Nazirliyinə və operativ qərargaha təqdim edilib”.

Oxu.Az