“Prezidentin tapşırığına uyğun olaraq, ötən ildən yeni alətlər və avadanlıqları ölkəyə gətirmişik. Hazırda bu proses bu gün də davam edir”.
Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq yeni alətlərin və avadanlıqların böyük bir hissəsi Azərbaycana gətirilib:
“İlin sonunadək də qalan hissə ölkəyə gətiriləcək. ANAMA bu gün inkişaf edir və potensialı, işçi qüvvəsi artır. Lazım olduqca da yeni avadanlıqlar ölkəyə gətiriləcək”.
Report