azerbaycanda-21-faydali-qazinti-yatagi-herraca-cixarilacaq

Azərbaycanda 21 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadəsi ilə bağlı dekabrın 15-də keçiriləcək hərraca 21 faydalı qazıntı yatağı çıxaracaq.

Bu barədə  Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlar, Balakən rayonu "Katexçay" qum-çınqıl yatağı, Balakən rayonu "Balakənçay II" qum-çınqıl yatağı, Balakən rayonu "Paşan" qum-çınqıl yatağı, Balakən rayonu "Balakən" gil yatağı, Şamaxı rayonu "Yuxarı Pirsaatçay" qum-çınqıl yatağı, Oğuz rayonu "Muxas-Daşağılçay" qum-çınqıl yatağı, Şəki rayonu "Şəki" qum-çınqıl yatağı, Quba rayonu "Qudyalçay" qum-çınqıl yatağı, Quba rayonu "Səbətlər" qum-çınqıl yatağı, Abşeron rayonu "Umbaki" kvars qumu yatağı, Abşeron rayonu "Güzdək" əhəngdaşı (mişar daşı) yatağı, Yevlax rayonu "Gülövşə" gil yatağı, Siyəzən rayonu "Gilgilçayın cənub-qərb cinahı" qum-çınqıl yatağı, Tovuz rayonu "Aşağı Zəyəmçay" qum-çınqıl yatağı, Füzuli rayonu "Dövlətyarlı" əhəndaşı (mişar daşı) yatağı, İsmayıllı rayonu "Təzəkənd" qum-çınqıl yatağı, İsmayıllı rayonu "Ağbulaq" qum-çınqıl yatağı, İsmayıllı rayonu "Göyçay I" qum-çınqıl yatağı, Qəbələ rayonu "Türyançay III" qum-çınqıl yatağı, Goranboy rayonu "Yuxarı Ağcakənd" gips (sement xammalı) yatağı, Şabran rayonu "Baş Əmirxanlı" gil yataqlarıdır.

Başlanğıc qiyməti 3 000 – 194 439 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 7 dekabr 2023-cü il saat 18:00-a qədər Bakı şəhəri, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10 % beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər.

Report