azerbaycanda-3-bankin-kredit-portfeli-azalib

Azərbaycanda 3 bankın kredit portfeli azalıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il iyulun 1-nə kredit portfeli illik müqayisədə az olub.

Bunlar “Premium Bank” və “Bank Avrasiya” ASC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Ən çox azalma Pakistan bankında (11,8%), ən az azalma isə “Premium Bank”da qeydə alınıb.

Qalan 23 bankın isə kredit portfeli artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (70,9%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı” ASC-də (0,4%) qeydə alınıb. 

4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

Bunlar “Azərbaycan Beynəlxalq Bankı” (3 milyard 175 milyon 654 min manat), “Kapital Bank” (2 milyard 743 milyon 630 min manat), “PAŞA Bank” (2 milyard 444 milyon 130 min manat) və “Xalq Bank” (1 milyard 429 milyon 775 min manat) ASC-lərdir.

Qalan 22 bankdan 19-da kredit portfeli 100 milyon manatdan 1 milyard manata, 3 bankda isə 100 milyon manatdan azdır. 

Renkinq