azerbaycanda-30-dan-cox-auditorun-fealiyyeti-dayandirila-biler

Azərbaycanda 30-dan çox auditorun fəaliyyəti dayandırıla bilər

Auditorlar Palatası bu ilin I yarısında üzvlük haqqının ödənilməsi vəziyyəti barədə qərara əməl etməyən - noyabrın 1-nə qədər quruma borclu olan auditor təşkilatlarının və sərbəst auditorların siyahısını açıqlayıb.

İnsider.az xəbər verir ki, siyahıda 23 hüquqi və 11 fiziki şəxsin adı var.

Onlar aşağıdakılardır:

- “Argentum Audit” MMC - (direktor Əhmədbəyli Elturan)
- “ASON AUDİT” MMC - (direktor Vəkilov Orxan)
- “Audit Planing and Strategy” MMC - (direktor Məmmədov Ürfət)
- “Consulting Service of Baku" MMC - (direktor Qədirov Vidadi)
- ”Davud Mamedov” MMC - direktor (Məmmədov Davud)
- "EON Audit" MMC - (direktor Ağayev Orxan)
- "Eurocond Plus" MMC- (direktor Camal-zadə Anar)
- "Fairness Consalting Grup" MMC – (direktor Məmmədov Eldəniz)
- “Global and legal Audit” MMC- (direktor Qarayev Rüfət)
- “İntex Audit” MMC- (direktor Əliyev Ruhin)
- “İnvest Audit” MMC- (direktor Osmanlı Elnur)
- “Moore Stephens Azərbaycan” MMC - (direktor Əhmədov Fariz)
- “Next Audit Konsalting” MMC - (direktor Həsənov Bəhlul)
- “ONZ Accounting” MMC - (direktor Orucov Nurlan)
- “OSHAR” MMC - (direktor Manafov Rahim)
- “Premium Audit” MMC - (direktor Kərimov Natiq)
- “PSG Tax Konsalting” MMC - (direktor Məmmədov Səbuhi)
- “Proqress Audit" MMC - (direktor Məmmədov Kamal)
- “RSM Azərbaycan” MMC - (direktor Məhərrəmov Tural)
- “RM Audit” MMC- (direktor Miriyev Rasət)
- “TNM AUDİT” MMC - (direktor Talıbov Nəcəf)
- “V.İ.P Audit” MMC - (direktor Fərəcov Elçin)
- “VXA AUDİT” MMC - (direktor Qurbanov Elçin).
- Eminov Otello Zəkəriyyə oğlu
- Əliyev İbiş Müseyib oğlu
- Fətiyev Üzeyir Cəmil oğlu
- Gülməmmədov Şirxan Yadigar oğlu
- İsayev Telman Mabud oğlu
- Quliyev Elçin Vaqif oğlu
- Mikayılzadə Raqif Rami oğlu
- Rzayev Akif Məlik oğlu
- Sadıxov Musa Sərxan oğlu
- Tağıyev Vasif İbrahim oğlu
- Yusifova Gülnarə İsfəndiyar qızı.

Auditorlar Palatası bəyan edib ki, auditor xidməti bazarında haqlı rəqabətin təmin olunması, sifarişçilərə göstərilən auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor xidməti sistemində şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması ilə əlaqədar sifarişçilərin mənafelərinin qorunması məqsədilə üzvlük haqqını tam ödəməyən auditor təşkilatları və sərbəst auditorların fəaliyyəti gələn il yanvarın 1-dən dayandırılacaq və bu barədə məlumat onların risk qrupunda olmalarının sifarişçilərin nəzərlərinə çatdırılması məqsədilə qurumun internet səhifəsində yerləşdiriləcək.