29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirildi
İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
İnsider.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, 25, 26 mart tarixləri də qeyri-iş günüdür. 27 Martın istirahət günü hesab olunması ilə və 28 Mart şənbə günü olduğundan Azərbaycanda ardıcıl 9 qeyri - iş günü olacaq.