azerbaycanda-aqrar-senaye-parki-yaradilacaq

Azərbaycanda aqrar sənaye parkı yaradılacaq

Azərbaycanda aqrar sənaye parkının yaradılması planlaşdırılır.

İnsider.az xəbər verir ki, bu barədə sentyabrın 27-də jurnalistlərə müsahibəsində İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O qeyd edib ki, artıq qiymətləndirmə işləri aparılıb, potensial iştirakçılarla görüşlər keçirilib: “Çin şirkətləri də bu məsələdə maraqlıdırlar. İkitərəfli görüşlərdə aqrar sənaye parkı ilə bağlı müzakirələr aparılıb. Xarici və yerli şirkətlər daxil olmaqla investisiyaların ümumi həcminin yüz milyonlarla dollar təşkil edəcəyi gözlənilir”.

© Azərtac