azerbaycanda-arbitraj-mehkemesinin-terkibi-mueyyenlesir

Azərbaycanda Arbitraj Məhkəməsinin tərkibi müəyyənləşir

Arbitraj məhkəməsinin tərkibi müəyyənləşir.

Bu, “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, tərəflər arbitrlərin sayını, bu sayın tək olması şərtilə, müəyyən etməkdə sərbəstdirlər.

Tərəflər arbitrlərin sayını müəyyən etmədikdə 3 (üç) arbitr təyin edilir.

Tərəflər arasında digər razılıq yoxdursa, şəxsin vətəndaşlığı onun arbitr kimi təyin olunmasına mane ola bilməz.

Bu qanunun 20.4-20.6-cı maddələrinə əməl etmək şərtilə tərəflər arbitrlərin təyin edilməsi prosedurunu müəyyən etməkdə və ya arbitrləri razılaşdırmaqda sərbəstdirlər.

Tərəflər arasında digər razılıq yoxdursa, aşağıdakı qaydalar tətbiq edilir.

Tək arbitrli arbitrajda tərəflər arbitrin təyin edilməsi barədə razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr bu qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilmiş məhkəmələr tərəfindən təyin edilir.

3 (üç) arbitri olan arbitrajda hər bir tərəf 1 (bir) arbitr təyin edir, təyin edilmiş 2 (iki) arbitr isə üçüncü arbitri təyin edir. Tərəflərdən biri digər tərəfin arbitr təyin edilmə barədə müraciətini aldıqdan 30 (otuz) gün müddətində üçüncü arbitr təyin edilmədikdə və ya 2 (iki) arbitr təyin edildikləri gündən 30 (otuz) gün müddətində üçüncü arbitr haqqında razılığa gələ bilmədikdə tərəflərdən hər hansı birinin müraciəti ilə arbitr bu qanunun 10.1-ci və 10.2-ci maddələrində göstərilmiş məhkəmələr tərəfindən təyin edilir.