azerbaycanda-baglanmis-xeber-agentiliyi-fealiyyetini-berpa-etdi

Azərbaycanda bağlanmış xəbər agentiliyi fəaliyyətini BƏRPA ETDİ

"Azəri-Press" Agentliyi (APA) fəaliyyətini davam etdirəcək.

İnsider.az xəbər verir ki, agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. 

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, İran, Gürcüstan və Böyük Britaniyada ofisləri fəaliyyət göstərir.

Agentliyin internet ünvanı belədir: www.apa.az

Yaxın vaxtlarda APA TV də fəaiyyətini davam etdirəcək.