23 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” ekspert qrupunun növbəti görüşü keçirilib.
İnsider.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi görüşdə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər müzakirə edilib.
Ekspert qrupunun görüşündə ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan “interçeync” xidmət haqqı tarifləri də nəzərdən keçirilərək, beynəlxalq kart təşkilatları ilə mövcud tariflərə dair danışıqların davam etdirilməsinin zəruriliyi qeyd edilib.
Görüş çərçivəsində ekspert qrupu tərəfindən Banklararası Kart Mərkəzində tətbiq olunan hesabatlılıq formalarının təkmilləşdirilməsi istiqamətində görülən işlərə toxunularaq yekun hesabatlılıq formasının hazır olduğu bildirilib.