Azərbaycanda bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılacaq.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapıb.
Milli Prioritetlərdə qeyd olunub ki, iqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndiriləcək.
Milli bank sektorunun dayanıqlığı təmin olunacaq, ona olan etimad yüksələcək, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılacaq və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verəcək.
Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətiriləcək, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılacaq.
APA