azerbaycanda-belediyyelerin-reklam-gelirleri-8-defe-azalib

Azərbaycanda bələdiyyələrin reklam gəlirləri - 8 DƏFƏ AZALIB

2018-ci ildə 1607 bələdiyyənin açıq məkanda reklam yerləşdirilməsi və yayımından daxil olan gəlirləri cəmi 23 400 manat təşkil eidb.

İnsider.az xəbər verir ki, Belediyye.info-dan verilən məlumata görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edək ki, bu da 2017-ci ildə əldə edilən vəsaitin cəmi 11.7 faizi deməkdir, yəni 2017-ci ildə bələdiyyələr reklamdan 200.200 manat maliyyə vəsaiti əldə ediblər.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının illik yığıncağında bələdiyyə sədrləri bu gəlirlərin azalımasının əsas səbəbi kimi Azərbaycan Dövlət Reklam Agentliyinin bələdiyyə büdcəsinə bu vəsaitin indiyədək ödəməməsiylə izah ediblər.

2017-2018-ci illərdə qəbul edilmiş Qanun və normativ hüquqi sənədlərə görə, bələdiyyə ərazisində yerləşdirilən reklamdan əldə edilən vəasitin 10 faizi yerli büdcəyə keçirilməlidir.