azerbaycanda-bir-gunde-34-nefer-koronavirusdan-oldu-foto

Azərbaycanda bir gündə 34 nəfər koronavirusdan öldü - FOTO

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Ölkədə son sutka ərzində 6763 test aparılıb.