azerbaycanda-da-zara-magazalari-baglanacaq

Azərbaycanda da "Zara" mağazaları bağlanacaq?

"Zara", "Bershka", "Pull & Bear" və "Massimo Dutti" kimi məşhur geyim brendlərinin dünya üzrə mindən çox mağazası bağlanacaq.

Bu barədə sözügedən brendlərin sahibi olan və restrukturizasiya elan edən "Inditex" şirkəti məlumat yayıb.

Məlumata əsasən, bu qərarın qəbul edilməsinin əsas səbəbi kimi yeni növ koronavirusun pandemiyası zamanı satışların azalması və zərərin yaranması göstərilir.

Sözügedən brendlərin Azərbaycanda təmsilçisi olan "Retail Group Azerbaijan" şirkətindən verilən məlumata görə, verilən bu qərar daxili bazara aid deyil və qeyd olunan mağazalar şəbəkəsi Azərbaycanda fəaliyyətini davam etdirir.

APA