azerbaycanda-daha-38-nefer-koronavirusa-yoluxdu-resmi

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxdu - RƏSMİ

Azərbaycanda 38 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

İnsider.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 1436 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 626 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.