azerbaycanda-daha-alti-nefer-koronavirusun-qurbani-oldu-foto

Azərbaycanda daha altı nəfər koronavirusun qurbanı oldu - FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 6 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 525 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 001 nəfər müalicə olunaraq sağalıb, 10 060 nəfər vəfat edib, aktiv xəstə sayı 464 nəfərdir.

Ölkədə son sutka ərzində 2 851, hazırkı dövrədək isə 7 464 270 test aparılıb.