Azərbaycanda mayın 10-nu və 11-də 8 intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, onlardan 6-sı özünü asıb, 2-si isə digər üsullarla həyatlarına qəsd edib.
Əldə etdiyimiz məlumata görə, Göygöl rayon sakini 39 yaşlı Xaliq İsmayılov yaşadığı Üçtəpə kəndindəki evinin həyətində, Beyləqan rayon sakini 38 yaşlı Hüseyn Həşimov yaşadığı Günəşli qəsəbəsindəki evində, İsmayıllı rayon sakini 61 yaşlı Ağasəf Səlimov yaşadığı evin həyətində, Lerik rayon sakini 22 yaşlı Elnarə Ağalızadə Çayrud kəndindəki evinin həyətində, Beyləqan rayon sakini 57 yaşlı Natiq Mirzəyev yaşadığı evin həyətindəki yardımçı tikilidə, Ağstafada Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Tərlan Əlizadə yaşadığı xidməti binada özlərini asaraq, həyatlarına son qoyublar.
Həmçinin mayın 10-nu Xırdalan şəhər sakini 47 yaşlı Hüseyn Pərişani küçədə boğazını kəsərək özünü öldürüb.
Bakının Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində 30 yaşlı Alimə Cavadova yaşadığı binadan özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.
İntihar hadisələrinin dəqiq səbəbləri məlum deyil.
Hər bir fakt üzrə rayon prokurorluqlarında araşdırma aparılır.