azerbaycanda-depozitlerden-goturulen-qazanc-azalib

Azərbaycanda depozitlərdən götürülən qazanc azalıb

Azərbaycan əhalisinin əmanətlərdən qazancı azalıb.

İnsider.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin 8 ayı ərzində banklar depozitlər üzrə 243 milyon manatlıq faiz ödəyiblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 milyon manat və ya 5,8 faiz azdır. Banklar 2018-ci ilin 8 ayı ərzində depozitlər üzrə 258 milyon 100 min manat faiz ödəmişdilər. Bu rəqəm 2017-ci ilin 8 ayında isə 253 milyon 400 min manat təşkil etmişdi.

Banklar avqust ayında depozitlər üzrə 33 milyon manat faiz ödəyiblər. Belə ki, 2019-cu ilin 7 ayı ərzində depozitlər üzrə 210 milyon manat faiz ödənilmişdi.