Azərbaycanda bəzi bölgələrdə digər xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı iddialar səsləndirilir.
İnsider.az xəbər verir ki, sualı Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.
Onun sözlərinə görə, Azərbaycanda başqa xəstəliklərdən vəfat hallarının koronavirus ölümü kimi qeydiyyata alınması ilə bağlı səsləndirilən fikirlər tamamilə yanlışdır:
“Koronavirus infeksiyasına yoluxma testlər vasitəsilə müəyyən edilir. Test arealımız da böyüyüb. Bu gün Azərbaycanda 70 mindən çox test aparılıb. Bunun nəticəsində də xəstəlik müəyyən olunur və ictimaiyyətə məlumat verilir”.
“Tövsiyə edərdim ki, insanlara Nazirlər Kabineti yanında operativ qərargahın media vasitəsilə qurulmuş şəffaf münasibəti əsasında xəbərlər verilsin.
Gündəlik ölkəmizdə koronavirusa yoluxma halları, sağalma, karantində olan və yaxud müalicə olunan şəxslər barədə operativ məlumatlar verilir”, - deyə H.Hacıyev qeyd edib.
Oxu.Az