azerbaycanda-dovlet-xetti-ile-ipoteka-kreditlesmesi-20-azalib

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 20% azalıb

Bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 108,3 milyon manat ipoteka krediti verilib.

İnsider.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% azdır.

Son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,1% artaraq 156,1 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 57,9% azalaraq 60 milyon manata düşüb.

Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 47,8% azalaraq 60 milyon manat olub.

© Report.az