azerbaycanda-dovlet-xetti-ile-kirayeye-verilen-menzillerin-sayi-750-ni-otub

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı 750-ni ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 33 295 borcalana 1 765,087 milyon manat məbləğində ipoteka krediti verib.

Bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 mln manat məbləğində biznes kreditlərinə zəmanət verib, 758 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xatırladaq ki, Fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Report