2019-cu il mayın 1-nə olan göstəricilərə görə Azərbaycanda 1 milyon 583,3 min nəfər iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla işləyən işçi var.
İnsider.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlardan yarıdan çoxu 895,7 min nəfəri dövlət sektorunda, 687,6 min nəfəri isə özəl sektorda çalışanlardı.
Dövlət sektorunda əhali ən çox 3 sahədə çalışır. Bunlar təhsil (324,7 min nəfər), əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi (117,8 min nəfər), dövlət idarəetməsi və müdafiə; sosial təminat (103,6 min nəfər) sahələridir.
Özəl sektorda çalışanların ümumi sayı isə 687,6 min nəfərdi.
Özəl sektorda isə əhali daha çox ticarət; nəqliyyat vasitələrinin təmiri (289,3 min nəfər), emal sənayesi (94,3 min nəfər) və tikinti (79,9 min nəfər) sahəsində çalışırlar.