azerbaycanda-ehalinin-sayi-aciqlandi

Azərbaycanda əhalinin sayı AÇIQLANDI

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 33 696 nəfər və ya 0,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, 2021-ci il dekabr ayının 1-i vəziyyətinə əhalinin sayı 10 152 829 nəfərə çatıb.

Əhalinin 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.