Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) elektron əmtəə nəqliyyat qaiməsinin tətbiqi ilə bağlı iş aparır.
İnsider.az xəbər verir ki, bunu DANX-ın rəisi Həbib Həsənov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu sistem gələn il istifadəyə veriləcək: “Elektron əmtəə nəqliyyat qaiməsi sistemi yük alan, yük götürən və yük daşıyıcını vahid elektron məkanda birləşdirəcək. Yəni, sahibkarlar yükdaşıma prosesinə elektron nəzarət edə biləcək”.
©Report