Son illər françayzinq biznes təşkili forması kimi geniş vüsət almağa başlayıb. Azərbaycan iqtisadiyyatı da bu proseslərdən kənar qalmayıb, belə ki, milli bazar françayzinq alətinə ildən ilə daha çox müraciət etməyə başlayıb.
Bəs yaxşı, Azərbaycan bazarında hansı franşizalar daha populyardır?
İnsider.az məlumatlar əsasında marketinq və reklam şirkəti olan “Bricks Solutions” ilə birgə franşiza bazarını tədqiq edib.
Yerli riteyl franşiza modeli üzrə deyil, daxili investisiyalar hesabına artdığı üçün araşdırmada xarici franşizalar yer alıblar.
Tədqiqat zamanı hər brendin ayrıca franşiza kimi sayı götürülüb. Belə ki, hər mağazanın açılması ayrıca pauşal ödəmə tələb edir. Məsələn, paltar brendinin şəhərin müxtəlif yerlərində 3 mağazası olduğu təqdirdə, bu, artıq 3 ayrıca franşiza sayılır.
Qeyd edək ki, araşdırmada hotel və turizm xidmətləri təklif edən şirkətlər turizm bölməsində birləşdiriliblər.
“Digərləri” bölməsinə isə tibb mərkəzləri, 1C, Karperski, uşaq baxçaları, gözəllik salonları və s. daxildir.
Müxtəlif tədris proqramları siyahıya salınmayıb.
Beləliklə, tədqiqatın nəticəsi:
Ümumi say: 400-dən artıq franşiza
Coğrafiya: Azərbaycan
Nigar Orucova