Azərbaycan Mərkəzi Bankı (AMB) səhm bazarına vergi güzəştlərinin tətbiqi ilə bağlı dövlət qurumları ilə müzakirələr aparır.
İnsider.az xəbər verir ki, bunu AMB-nin Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.
“Bununla bağlı işlər tamamlandıqdan sonra biz səhm bazarında da müsbət inkişaf görə biləcəyik”, - deyə o, qeyd edib.
AMB rəsmisi həmçinin əlavə edib ki, gələcəkdə banklar kapital bazarında daha aktiv iştirak edə biləcək.
"Report"