azerbaycanda-guclu-yangin-iki-kend-ucun-tehluke-yarandi

Azərbaycanda güclü yanğın: İki kənd üçün təhlükə yarandı

Şabranın ucqar Dağbilici kəndində yanğın başlayıb.

Dağlıq ərazidə biçilmiş əkin sahələri yanır.

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları ilə bərabər ətraf rayonlardan da texnika cəlb olunub.

Yanğının Mumlu və Qazma kəndlərinə keçdiyi və yaşayış evləri üçün təhlükənin olduğu bildirilir. Bəzi ərazilərdə əhaliyə məxsus ot tayaları və yardımçı binalar yanıb.

Güclü külək alovun qarşısını almağa mane olur.

APA