azerbaycanda-guclu-zelzele-olub-zeif-aftersoklar-davam-edir

Azərbaycanda güclü zəlzələ olub: Zəif afterşoklar davam edir

Hazırda zəif afterşoklar gedir.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.

09:03

Xəzər dənizində zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

08:22

Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ hiss olunub.

Mövcud məlumatlara görə, 5,6 bal gücündə olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

Report