azerbaycanda-hansi-erzaq-mehsullari-bahalasib-foto

Azərbaycanda hansı ərzaq məhsulları bahalaşıb? - FOTO

2021-ci ilin yanvar ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz təşkil edib.

Yanvar ayında bu məhsulların dəyəri 2020-ci ilin dekabr ayı ilə müqayisədə 1,4 faiz artıb. 

Belə ki, yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox un, yumru düyü, manna və qarabaşaq yarması, makaron məmulatları, kolbasa məmulatları, təzə balıq, süd, qatılaşdırılmış şəkərli süd, yoğurt, xama, pendir, yumurta, kərə, zeytun, günəbaxan və qarğıdalı yağları, naringi, alma, armud, heyva, nar, xurma, fındıq, kələm, xiyar, bibər, badımcan, balqabaq, çuğundur, yerkökü, kartof, soğan, sarımsaq, şəkər və şəkər tozu, meyvə şirəsi və pivə bahalaşıb.

Mal və qoyun əti, dondurulmuş balıq, banan, portağal, kivi, qoz, şabalıd, pomidor qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.