azerbaycanda-havanin-temperaturu-44-dereceyedek-artacaq-xeberdarliq

Azərbaycanda havanın temperaturu 44 dərəcəyədək artacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun 35-40 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarına gəlincə, avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan MR-də və aran rayonlarında 35-40, bəzi yerlərdə 42-44, dağlıq rayonlarda 28-33 dərəcə isti olacağı gözlənilir.