“Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.
İnsider.az xəbər verir ki, bununla bağlı Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrah Bank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyalarının ləğv edilməsi ilə əlaqədar olaraq Fonda üzv olan “Atabank” ASC və “Amrah Bank” ASC bu gün Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banklara verilmiş şəhadətnamə ləğv edilib.