Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,4 %, qeyri-ərzaq məhsulları üzrə 107,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4 % təşkil edib.
İnsider.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, təkcə ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 115,6 % olub.
"Report"