2020-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-noyabr aylarına nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 5,0 faiz, qeyri-ərzaq məhsulları üzrə 1,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 1,0 faiz artıb.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 2,4 faiz artıb.
2020-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 3,9 faiz artıb.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, toyuq ətinin, pasterizə olunmamış üzlü südün, yoqurtun, xamanın, kəsmiyin, brınza pendirinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, bananın, üzümün, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, çuğundurun, göy lobyanın, soğanın, sarımsağın, şəkər tozunun, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, limonun, portağalın, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, şabalıdın, kələmin, balqabağın, yerkökünün qiymətlərində müşahidə olunmuşdur.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
2020-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 1,2 faiz artıb. 2020-ci ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 1,1 faiz yüksəlib.
Cari ilin noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi, bərbərxana və kosmetoloji xidmətlərinin qiymətlərində müşahidə olunmuşdur. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.
Marja