azerbaycanda-inflyasiya-gozlenilenden-asagidir-resmi

Azərbaycanda inflyasiya gözləniləndən aşağıdır - RƏSMİ

“Bu ilin dörd ayının nəticəsinə əsasən, orta inflyasiya 3 faiz təşkil edib. Bu da Mərkəzi Bank və hökumətin hədəfindən aşağıdır”.

İnsider.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Baş bankir qeyd edib ki, inflyasiyanın ilin sonuna kimi hədəf çərçivəsində olması proqnozlaşdırılır:

“Valyuta bazarında vəziyyət stabilləşib. Biz makroiqtisadi sabitlik, inflyasiya, məşğulluğa dəstəklə bağlı balanslı mövqe tutmağa çalışırıq”.

“Azərbaycan manatının məzənnəsi sabitdir. Bütövlükdə, təşviş dövründə təzyiqlər tam aradan qaldırılıb”, - deyə o qeyd edib.

Oxu.Az