azerbaycanda-isle-temin-olunan-ehalinin-sayi-aciqlandi-foto

Azərbaycanda işlə təmin olunan əhalinin sayı açıqlandı - FOTO

2021-ci il aprelin 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 260,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən əldə edilən məlumata əsasən, onlardan 4 milyon 890,4 min nəfərini məşğul əhali təşkil edib ki, bu da illik müqayisədə 0,1 faiz, aylıq müqayisədə isə 0,03 faiz azdır.

Bildirilib ki, martın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 678,5 min nəfər təşkil edib ki, illik müqayisədə 2,2 faiz artım, aylıq müqayisədə is 0,4 faiz azalma müşahidə olunub.

İqtisadiyyatın dövlət sektorunda 915,5 min nəfər fəalliyət göstərir. Ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz, aylıq müqayisədə isə 0,02 faiz qeydə alınıb.

Qeyri-dövlət sektorunda isə 763 min nəfərin fəaliyyət göstərdiyi müəyyənləşib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz çox olsa da, əvvəlki ayın nəticələri ilə müqayisədə 0,8 faiz azdır. Bu isə bir ay ərzində 6 100 işçinin fəaliyyətini dayandırdığını göstərir. 

Qeyd edək ki, iqtisadiyyatın neft-qaz sektorunda 33,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 645,3 min nəfər çalışıb. 2021-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,7 saat təşkil edib.

 

Oxu.Az