azerbaycanda-issizlik-seviyyesi-aciqlanib

Azərbaycanda işsizlik səviyyəsi açıqlanıb

2023-cü il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 224,3 min nəfər olmuş, onlardan 4 milyon 934,5 min nəfərini məşğul, 289,8 min nəfərini (və ya 5,5%-ni) işsiz əhali təşkil etmişdir.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.

Cari il iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 726,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 898,6 min nəfər, qeyri-dövlət sektorunda isə 827,7 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1694,6 min nəfər çalışmışdır.

Marja