Əhalinin banklara borcu sürətlə artır.
Azərbaycanda istehlak kreditlərinin məbləği sürətlə artmaqdadır.
İnsider.az Azərbaycan Mərkəzi Bankının statistikasına istinadən xəbər verir ki, yanvar-iyul aylarında verilən istehlak kreditlərinin məbləği 5938,3 mln manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 21.82% çoxdur.
Bu ilin əvvəlində isə verilmiş istehlak kreditlərinin məbləği 5306,6 mln manat təşkil edib ki, bu da avqustun 1-nə olan göstərici ilə müqayisədə 11.90% çoxdur.
Ümumilikdə isə bu ilin yanvar –iyul ayları ərzində ölkə üzrə 13681,4 mln manat kredit verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12.41% çoxdur.