azerbaycanda-karantin-rejimi-uzadilir-resmi-aciqlama

Azərbaycanda karantin rejimi uzadılır? - RƏSMİ AÇIQLAMA

“Karantin rejiminin sonlandırılması üçün tövsiyələr hazırlayırıq”.

İnsider.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, karantin rejiminin tam aradan qaldırılması ilə yenidən kütləvi yoluxmalar baş verə bilər:

“20 apreldən etibarən karantin rejiminin artırılması üçün müraciət hazırlayırıq. Hazırda statistika araşdırılır”.

Oxu.Az