azerbaycanda-kimler-seref-legionu-ordeni-ile-teltif-edilib-foto

Azərbaycanda kimlər “Şərəf Legionu” ordeni ilə təltif edilib? - FOTO

Bu gün Azərbaycanın baş naziri Novruz Məmmədov Fransa Prezidentinin fərmanı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.

“Şərəf Legionu” ordeni Fransanın ali və dünyanın isə ən nüfuzlu mükafatlarındandır. Ordenin kavalerləri içində Fransanın və digər ölkələrin mədəniyyət, incəsənət xadimləri, siyasətçiləri yer alır.  

İnsider.az xəbər verir ki, Fransa prezidenti Nikolya Sarkozi oktyabr ayının 7-də Bakıya səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı, eləcə də “Azərbaycanın yəhudi qadınları” humanitar ictimai birliyin prezidenti Larisa Reyxrudeli “Şərəf Legionu” ordeni ilə təltif edib. 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva

“Azərbaycanın yəhudi qadınları” humanitar ictimai birliyin prezidenti Larisa Reyxrudel

Həmvətənlərimiz arasında bu ali mükafata Fransa Müqavimət Hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılov,  Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Səməd Seyidov, xalq rəssamı Tahir Salahov da layiq görülüb. 

Fransa Müqavimət Hərəkatının qəhrəmanı Əhmədiyyə Cəbrayılov

Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Səməd Seyidov

Xalq rəssamı Tahir Salahov

Qeyd edək ki, “Şərəf Legionu” ordeni 1802-ci il mayın 19-da Napoleon Bonapart tərəfindən təsis edilib. Fransanın ən yüksək dövlət mükafatı olan “Şərəf Legionu” ordeninin beş dərəcəsi var. Fransa Respublikası və onun xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərə verilən “Şərəf Legionu” ordeninin zabit dərəcəsinə indiyədək dünyanın bir çox görkəmli insanları layiq görülüb.
Səbinə Səmidxan