Azərbaycanda kiçik və orta biznes (KOB) subyektlərinin istehsalının dəstəkləməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizminin təmin edilməsi məqsədilə "KOB-kadr bankı"nın yaradılması üzrə normativ sənədlərin layihələri hazırlanıb və yaxın zamanda təsdiqi gözlənilir.
İnsider.az xəbər verir ki, bunu "Təhsil Biznes Forumu – mövcud vəziyyət və perspektivlər" adlı tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, burada əsas məqsəd KOB subyektləri üçün tələb olunan peşələr üzrə ixtisaslı kadrlara dair ehtiyacları, o cümlədən əlavə təhsilə dair tələbatın həcminin ölkə üzrə müxtəlif kartlara dair məlumatları özündə əks etdirən sistemi yaratmaqdır.
"Təhsil sektorunda fəaliyyət göstərən qurumların bu proseslərdə aktiv fəaliyyətini gözləyirik və inanırıq ki, bu sistem təhsil müəssisələri üçün faydalı platforma rolunu oynayacaq", - deyə O. Məmmədov qeyd edib.
©APA