azerbaycanda-komputer-istehsali-artib

Azərbaycanda kompüter istehsalı artıb

Cari ilin yanvar-avqust aylarında paytaxtda kompüter, elektron və optik məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 148,2 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 80,4 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 0,7 dəfə azalıb.

Hesabat dövründə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 3,1 dəfə, ölçmə cihazlarının istehsalı 98,4 faiz artıb, güc transformatorlarının istehsalı isə 6,9 faiz azalıb.

Trend