azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Xatırladaq ki, 06 oktyabr 2021-ci il tarixində 1009 yoluxma faktı və 12 ölüm qeydə alındığı açıqlanmışdı. 13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

XXX

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 42746 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8884266, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4850515, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4033751 təşkil edir.