azerbaycanda-koronavirus-ile-bagli-son-veziyyet-aciqlandi

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 649 yeni yoluxma faktı qeydə alınıb,1720 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Marja-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 056 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 304 580 nəfər müalicə olunaraq sağalıb, 4 666 nəfər vəfat edib, aktiv xəstə sayı 16810 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244, ötən müddət ərzində isə ümumilikdə 3 321 511 test aparılıb.

07 May 2021-ci il tarixində 722 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.